Buddha Bar Baku yüksək keyfiyyətli içkilərin bol çeşidləri hesabına haqlı olaraq populyarlıq əldə edib. Barmen incəsənəti isə yerində dayanmır, daim yeni hislərin axtarışındadır. Buddha Bar şəbəkəsinin əsas şef-barmeni Mattias Jiru isə eksperiment etməkdən çəkinmir. Jirunun hər şeyi öyrənmək həvəsi və "nou-hau"nu bilməsi ona içkiləri hazırlamağa və individuallaşdırmağa kömək edir. Buddha Bar Baku-da "Kokteyl Festivalı"nda olan qonaqlara öz "Yaponiya və Meksikanın görüşü" fyujn-kokteylini təklif edən barmen gecə haqqında bunları deyib: "İstəyirəm ki, Buddha Bar-da olan hər bir qonaq unikal təəssürat əldə etsin və bizim kokteyllərin dadına baxaraq, həyəcanlı səyahətə yola düşsün". Bu kokteylə yapon narıngisinin şirəsi, sakura ləçəkləri, tekila və evdə hazırlanan yapon sakesinin siropu kimi inqrediyentlər daxildir.

"Kokteyl Festivalı"nın davam etdiyi 3 gün ərzində Mattias Jiru "Yeni Kokteyllər Kolleksiyası 2015", "Kokteyl sənətində hislərin sirri" və nəhayət "Alov və Tüstüdə Kokteyl hazırlanması" adlı dequstasiya proqramları təqdim edib. Qeyri-adi şounun şahidi olan qonaqlar həm də "Miksologiya Magistrinin" son reseptləri üzrə hazırlanmış firma kokteyllərinin dadına baxmaqdan böyük həzz alıblar.

Qeyd edək ki, "Kokteyl festivalı" ilə Buddha Bar qlobal şəbəkəsi bir sıra tədbirlərə start verir. Yaxın zamanlarda Buddha Bar Baku-da dünya şəbəkəsinin ən yaxşı aşpazlarının şef-turu gözlənilir, eləcə də DJ Carlos Campos, DJ Dimi.el kimi populyar rezidentlərin dj-turları planlaşdırılır.
Xatırladaq ki, dünyada ilk əfsanəvi Buddha Bar şəbəkəsinin restoranı Parisdə 1996-cı ilə açılıb. Parisdən Dubaya, Londona, Kiyevə, Qahirəyə, Manilaya, Praqaya - dünyanın 25-dən çox şəhərinə - indi isə Bakıda siz özünüz üçün Buddha Bar pozitiv enerjisini aça bilərsiniz. Gözəl tematik siması ilə Buddha Bar Bakı JW Marriott Absheron otelində yerləşib. Buddha Bar Bakının qapıları həftənin yeddi günü paytaxt sakinlərinə və qonaqlarına açıqdır (Bazar günü - Cümə axşamı: 18:00 - 01:00; Cümə - Şənbə: 18:00 - 03:00).

Buddha Bar Baku-da “Kokteyl festivalı” keçirildi

Ünvan: Neftçilər prospekti, 99, "Abşeron Mariott" oteli
Tel.: (+994 12) 404 82 09

Info@buddhabar-baku.az
www.buddhabar-baku.az
fb.com/BuddhaBarBaku