Bu il qonaqpərvər ev sahibi, uğurlu biznesmen və Fransanın ən istedadlı aşpazlarından biri olan Jan-Andre Şarialın 70 yaşı tamam olur. Maraqlıdır ki, onunla birlikdə öz yubileyini kralları, prezidentləri və Hollivud ulduzlarını qonaq etmiş məşhur "Oustau de Baumanière" restoranı da qeyd edir.

"Oustau de Baumanière" hekayəsi 1945-ci ildən başlayır. Həmin il Jan-Andrenin babası Fransanın Provans əyalətinin Bo kəndində qastronomik restoran açıb. İlk vaxtlar bu restoranın uğur qazanmasına şanslar az olsa da, görünür, "Baumanière" uğurlu ulduz altında yaradılmışdır. İş elə gətirir ki, restoranın "inaqurasiya"sına Fransanın mərhum preizdenti Jorj Pompidu gəlir. Onun sayəsində qurmanlar yeni ünvanı layiqincə qiymətləndirdilər, 1954-cü ildə isə restorana kulinariya tənqidçilərinin ən yüksək qiyməti - üç "Mişlen" ulduzu verildi. Zamanla burada təkcə dadlı yemək deyil, həm da qalmaq üçün şərait yaradıldı. 1959-cu ildə isə görkəmli fransız yazıçısı Jan Koktonun burada yaşadığı üç ay ərzində rəssam Pablo Pikasso onu ziyarətə gəldi. 50-60-cı illərdə burada çoxlu sayda məşhurlar, eləcə də İngiltərə kraliçası Yelizavetta və Danimarka kraliçası İnqrid olub.

Provansda yubiley

60-cı illərdə "Baumaniere" restoranın rəhbərliyinə gələn aşpaz Jan-Andre Şarial üç "Mişlen" ulduzunu saxlamaqdan əlavə, ailə biznesini genişləndirdi. İndi ona məxsus olan dəbdəbəli otellər və restoranlar şəbəkəsi Provansdan Kurşevelə qədər uzanır. "Baumaniere" şarmını itirmədən mehmanxana kompleksinə çevrildi. Burada yaşamağa gələn hər kəs özünü Şarial ailəsinin qonağı kimi hiss edir. Nömrə və syutlarda interyer klişeləri yoxdur: mebel və dekorativ detallar sadədir, səhərlər isə qonaqları gözəl ətir saçan qızılgüllərin iyisi oyadır. Müştərilərin maksimal həzzi üçün spa-mərkəz fəaliyyət göstərir.

Provansda yubiley

Provansda yubiley

Burada bütün proseduralar elit İsveçrə kosmetikası Vamont əsasındadır. Məkanın atmosferi də şəfavericidir. Yüzillik şam ağacları altında kölgəli guşələr, çiçək kolları, quşların və cırcıramaların səsi insanı başqa bir dünyayay aparır.

Rəsmi saytı: www.oustaudebaumaniere.com