Bu barədə Azərbaycan paytaxtında səfərdə olan Avropa Olimpiya Komitələrinin (EOC) müvəqqəti prezidenti Yanes Kosyançiç açıqlama verib. EYOF-un 50 ölkədən təxminən 4 000 iştirakçısı olacaq. Lakin Y.Kosyançiç hələ rəsmi müqavilənin imzalanmadığını əlavə edib.

EOC İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə müqavilənin yanvarın 26-da İsveçrədə keçiriləcək toplantı zamanı imzalanacağını açıqlayıb.

Qeyd edək ki, EYOF 16 - 18 yaşlı idmançılar arasında təşkil olunur. Bu il Macarıstanda keçiriləcək tədbir festivalın 25 illlik yubileyinə təsadüf edəcək.