Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatının başladığı gündən bütün dünyada xüsusi bir oyun ab-havası, həyəcanı yaranıb. Sürprizlərlə dolu bu çempionat yaxın günlərdə öz final oyunu ilə dünyanın ən güclü komandasını müəyyən edəcək. Əlbəttə ki, bu mövsümün aktual suallarından biri də qalibin kim olacağıdır. Hələlik buna hər kəs öz təxminləri ilə cavab verə bilər. Məhz ona görə də mətbuat nümayəndələrinin, məşhurlarımızın futbol proqnozlarıyla maraqlandıq. Görək, kimin intuisiyası daha güclüdür.

Oyunçu aparsın!

Ülviyyə Rəhmanova

Futbol azarkeşi olmasam da, sırf intiusiyama əsaslanaraq, oyunun almanların qalibiyyəti ilə bitəcəyini deyə bilərəm.

Hesab: 3: 0

Oyunçu aparsın!

Murad Osman və Natalya Zaxarova

Biz hazırda Braziliyadayıq və çox güman ki, final matçını stadionda izləyəcəyik. Murad Argentinaya,  mən isə Almaniyaya azarkeşlik edəcəm. 

Hesab: 0:1 Argentinanın qələbəsi

2: 0 Almaniyanın qələbəsi

Oyunçu aparsın!

Kamilla Verdiyeva

Zənnimcə, Almaniya qələbə qazanacaq, çünki son 4 ildə Almaniya yığması öz üzərlərində çox işləyib və sözsüz ki, bu da öz bəhrəsini göstərəcək. Çox peşəkar oyun taktikaları var.

Hesab: 3:2

Oyunçu aparsın!

Ruxa Əliyeva

Baxmayaraq ki, çempionat boyu Almaniya yığması Argentina yığmasından güclü oyun nümayiş etdirib, mən yenə də argentinalıların qələbəsinə inanıram!

Hesab: 1 : 0

Oyunçu aparsın!

Rubina Əsədova

Almanların dəqiqliyi və sərrastlığındansa, mən daha çox argentinalıların spontanlığına və coşqun temperamentinə üstünlük verirəm.

Hesab: 2:1

Oyunçu aparsın!

Fərəh Piriyeva

Əbəs yerə deməyiblər ki, Braziliyanın Neymarı, Hollandiyanın Robbeni, Argentinanın Messisi, Almaniyanın isə komandası. Düşünürəm ki, Almaniya qalib gələcək. Almaniyaya da o qədər azarkeşlik etmirəm. Qəlbimdə həmişə İngiltərə yığma komandası olub və mən öz klubuma sona qədər sadiq qalacam.

Hesab: 2:1

Mutalim Alishanov

Mütəllim Əlişanov

Argentina!!! Argentina yığması həmişə öz oyunu ilə digər yığma komandalardan seçilib və düşünürəm ki, bu dəfə də təkrarlanacaq.

Hesab: 3 :1

Oyunçu aparsın!

Nikki Jamal

Ümid edirəm ki, final matçında Argentina qələbə qazanacaq.

Hesab: 2:1

Oyunçu aparsın!

Miri Yusif

Mən bu çempionatda lap əvvəldən olduğu kimi Almaniya yığmasına azarkeşlik edirəm. Uğurlar, Almaniya!!!

Hesab: 3 :2

Oyunçu aparsın!

Dilarə Kazımova

Doğrudan da, bu çempionat sürprizlərlə dolu idi. Ona görə əminliklə heç bir şey söyləməyə risk edə bilmirəm. Ancaq yenə də, Almaniya yığmasının qələbə qazanacağına inanıram.

Hesab: 3:1

Oyunçu aparsın!

Elnarə Nəhmədova

Almaniya həqiqətən də almansayağı oyun nümayiş etdirir. Almaniya!

Hesab : 4:3

Oyunçu aparsın!

Orxan Ağayev

Mən futbol matçının nəticəsini əvvəldən tapmaqda o qədər də güclü deyiləm. Ancaq bu Dünya Çempionatında əminəm ki, təkcə mənim üçün deyil, hətta özünü peşəkar sayan əksər insanlar üçün də çox çətindir. Çünki bu mundial 29 yaşıma qədər yaşadığım və ən gözlənilməz sonluqlarla başa çatan oyunlarla dolu oldu. Tam əminliklə deyə bilərəm ki, bukmeykerlər qalib gələcəklər. 

Hesab: 3:1

Oyunçu aparsın!

Aynur Məmmədova

Almaniya!!! 

Hesab: 3 :1

Oyunçu aparsın!

Fuad Hacıyev

Argentinalıların qələbəsini çox istəsəm də bunun nə dərəcədə real olacağına şübhə ilə yanaşıram. Ona görə də Almaniyanın qələbə qazanacağını düşünürəm.

Hesab: 2:0

Oyunçu aparsın!

Dj Jft Farid

Zənnimcə, çempionatın favoritləri Braziliya, Almaniya və İspaniya yığma komandaları idi. İspaniya yarımfinala çıxa bilməyəndən Braziliya və Almaniya qarşı- qarşıya gəldilər. Braziliya indiki vaxt üçün cavan kollektivi ilə oynamasına baxmayaraq, mənim onlara qarşı ümidim heç vaxt itməyib. Almanlar isə aydın məsələdir - soyuqqanlı bir dəzgah ilə müqayisə edərdim. Soyuqqanlı dəzgah yalnız oynadığı komandanın ondan güclü olduğu halda məğlub ola bilər. Bu çempionatda Almaniya yığma komandasından güclü komanda qalmayıb. Ona görə də Almaniyanın qələbə qazanacağını güman edirəm.

Hesab: 3:1

Mən isə öz növbəmdə əsl oyunun futbolçuların stadionda öz məharətlərini göstərdiyi oyun deyil, hər birimizin yaşadığı həyatı hesab edirəm. Gəlin düzgün yaşayaq ki, uduzmayaq! OYUNÇU APARSIN!!!

P.S: Çalışın oyunçu özünüz olun!