Xarici mətbuatın məlumatına görə, şirkət insanların kompyuterə fiziki təmas olmadan məlumat ötürə biləcək neyron toxumaları texnologiyasını öyrənəcək. Yeni texnologiya beyində elektrodların implantasiyasını təklif edir. Bunun sayəsində insanlar öz düşüncələrini kompyuterə yükləyə, oradan məlumat götürə bilərlər.

Qeyd edək ki, son həftələr ərzində "Neualink" bir neçə aparıcı alim-neyrobioloq və mühəndisi işə götürüb. Onların arasında Livermor Dövlət Laboratoriyasından Vanessa Tolosa, beynin hərəkəti necə idarə etdiyini öyrənən Kaliforniya Universitetinin professoru Filipp Sabes, quş oxuması mexanizmini öyrənmək üçün vürok quşlarının beynində miniatür elektrodları canlandırmaqla tanınan Boston Universitetinin professoru Timoti Qardner var.