Razılaşın ki, dəniz şırıltısı və qağayıların səsinin sədaları altında oyanmaq böyük zövqdür, şəhərdə isə bu əsl üstünlükdür. Üstəlik, əgər siz Monte-Karlonun tam mərkəzində əfsanəvi Kazinonun iki addımlığındasınızsa...

“Fairmont Monte-Carlo”: Masmavi dənizin sahilində ecazkar məkan
Qran-pri Monako avtotrassı heyranedici "Fairmont Monte-Carlo" otelinin pəncələrinin düz altından keçir. Odur ki, buranın qonaqları əfsanəvi "Formula 1" yarışlarına ən yaxşı izləyici yerindən baxa bilərlə.

“Fairmont Monte-Carlo”: Masmavi dənizin sahilində ecazkar məkan

Belə şey necə mümkündür? Hər şey sadədir. Kiçik Monako knyazlığı o qədər kompakt tikilib ki, burada yerin hər metri hesabdadır. "Fairmont Monte-Carlo" otelinin binasının pəncərələri həm dəniz üfiqlərinə, həm də xarakterik Monako göydələnləri ilə urbanistik peyzaja açılır. Eleqant şəhər stili otelin geniş zalında və resepşn zonasında hiss olunur, ancaq bir mərtəbə qalxıb nömrənizə daxil olduqdan sonra vəziyyət dəyişir. Dəniz tematikası rahat nömrə və syutların əksəriyyətinin interyer leytmotividir. Səxavətli cənub günəşi bunun üçün nəzərdə tutulmuş şezlonq və stolların hazırlandığı otaq və balkonları işıqla doldurur. Yeri gəlmişkən, Monakoda bütün il boyu günəş vannası qəbul etmək mümkündür, hətta qışın ortasında belə: yanvar və ya fevral aylarında günəş qızdırdığı terrasda termometr +20C temperatur göstərə bilər. Buna görə də, dənizdə istənilən mövsümdə həyat dayanmır: dəniz üfüqlərini bəyaz yaxtalar, yelkənli gəmilər və qayıqlar bəzəyir. Günəş şüalarında isinərək, qağayıların oyunu və gəmilərin manevrlərini müşahidə edərək, saatların necə keçdiyini hiss etməmək olar. Dəniz və sahillərə romantik mənzərələr otelin çoxlu sayda restoran meydançaları üçün əsas dekorasiyadır: böyük üzmə hovuzlu panorama terraslar, "Horizon" adlı restoran, launj zonalar, bar və "Le Saphir" bistrosu, eləcə də Asiya mətbəxi ilə "Nobu" restoranı... Bu mövsümün yeniliyi - "Nobu Sunday Lunch" restoranıdır. Burada ailə naharı və uşaqlar üçün əyləncələr təklif olunur. Buna əlavə olaraq, uşaqlar üçün (7-12 yaşlı) baş aşpaz Filipp Joanne və onun komandası kulinariya dərsləri verirlər.

“Fairmont Monte-Carlo”: Masmavi dənizin sahilində ecazkar məkan

“Fairmont Monte-Carlo”: Masmavi dənizin sahilində ecazkar məkan
Qran-pri Monako yarışlarının keçirildiyi vaxt geniş "Fairmont Monte-Carlo" terrası knyazlığın ən prestijli izləyici meydançalarından birinə çevrilir, burada tez-tez idman və şou-biznes ulduzlarına rast gəlmək olar.

“Fairmont Monte-Carlo”: Masmavi dənizin sahilində ecazkar məkan

“Fairmont Monte-Carlo”: Masmavi dənizin sahilində ecazkar məkan

“Fairmont Monte-Carlo”: Masmavi dənizin sahilində ecazkar məkan

Yeri gəlmişkən, otelin ən bahalı və dəbdəbəli syutlarından ikisi "Formula 1" çempionlarının adlarını daşıyır: Stirlinq Moss və Jan Alezi. Bu geniş syutların pəncərələri dəniz və yarış traslarına açılaraq, öz sakinlərinə beşulduzlu rahatlıqla idman yarışına baxmaq kimi unikal imkan verir. Daha ətraflı məlumatla otelin rəsmi saytında tanış ola bilərsiniz: www.fairmont.com