Finlandiyadan sonra ikinci və üçüncü yerləri müvafiq olaraq Qətər və Birləşmiş Ərəb Əmirlikləri tutur. İlk onluğa, həmçinin İslandiya, Avstriya, Lüksemburq, Yeni Zelandiya, Sinqapur, Oman və Portuqaliya daxildir. Dünyanın ən təhlükəli ölkələrinin siyahısında Nigeriya, Kolumbiya, Yəmən, Kolumbiya, Pakistan və Venesualının adı var.

Ekspertlər ölkələrdə təhlükəsizlik şəraitini cinayətkarlığın, o cümlədən terrorçuluğun, xalqın hüquq mühafizə sistemləri əməkdaşlarına etimadının səviyyəsinə və qanun keşikçilərinin əhalini müdafiə etmək qabiliyyətinə əsasən qiymətləndiriblər.