Mimbulus Mimbletonia təşkilatı Facebook səhifəsində və rəsmi saytında ilk sehrli incəsənət məktəbinə qəbul elan edib. Təşkilat artıq Fransanın Lo-i-Qaronna regionunda köhnə qəsri icarəyə götürüb. Düşərgə 25-28 may 2017-ci tarixlərində çalışacaq. İştirakçılar tilsimləmə, sehrbazlığın tarixi, bitkilərin sehrli təsiri kimi dərslər alacaq, eləcə də kviddiç üzrə turnirdə iştirak edə biləcəklər.

Təşkilatçılar yaşı 16 və ondan yuxarı olan şəxslərin ərizələri artıq qəbul edirlər. Onların arasından 100 yeniyetmə seçiləcək, ancaq bunun hansı kriteriya üzrə ediləcəyi məlum deyil. Bu, bütün Harri Potter pərəstişkarları üçün əla hədiyyədir, odur ki, ərizələri göndərin və əsl sehrbaz olmaq şansı qazanın.