WiFox adlı interaktiv xəritə bütün dünyadakı böyük aeroportların əksəriyyətinin pulsuz Wi-Fi şəbəkələrindən parolları özünə daxil edir. Xəritədən istifadə etmək çox sadədir. Burada təyyarə şəklində nişanı qeyd olunmuş lazımi aeroportu tapmaq, ona klik etmək və şəbəkənin harada daha yaxşı tutduğu barədə informasiya və əgər lazımdırsa, parolun daxil edilməsi üzrə instruksiyanı əldə etmək lazımdır. Bəzi aeroportlarda pulsuz Wi-Fi hər kəs üçün əlçatandır, bəzilərində isə ancaq birinci və biznes-klass sərnişinləri üçündür.

Anil Polat xəritəyə VIP-launj, eləcə də bəzi kafe və restoranların Wi-Fi şəbəkələrindən parolları və adları da daxil edib. Xəritədə məlumatlar mütəmadi olaraq yenilənir, digər şəhərlər və aeroportlar barədə informasiyalar yerləşdirilir, buna görə də bu xidməti özünüz üçün mütləq qeyd edin.