Burada dünyanın müxtəlif yerlərindən olan məşhurlar istirahət edir, buna səbəb isə qar örtüyünün bütün mövsüm ərzində əla vəziyyətini təmin edən xüsusi iqlim şərtləri, ultramüasir qaldırı sistemlər və dağ xizək infrastukturunun yüksək səviyyəsidir. Ancaq çoxsaylı mükafatlar və tanınma Lexə Alp dağları kəndinin koloritini qorumağa mane olmur, burada görkəm və dəbdəbə inanılmaz şəkildə sakitlik və ev rahatlığı ilə vəhdət təşkil edir.

Lex: Alp dağlarının sehri

Lexdə qış istirahətinin bütün üstünlüklərini qiymətləndirərək, digər mövsümlərin xüsusiyyətlərini nəzərə almamaq doğru olmazdı. Bu Alp kurortunun peyzajları yazda, yayda və payızda da möhtəşəmdir. Formarinze və Planze göllərinə açılan mənzərələr nəyə desən dəyər. Özü də yay mövsümündə burada istirahətdən əlavə, musiqi festivalları, müasir incəsənət sərgiləri kimi mədəni tədbirlərdən zövq almaq olar. Lex həm də quş ovu etmək üçün ən yaxşı regionlardan biridir. Odur ki, mövsüm dəyişikliyi ilə xizək həvəskarlarını ov həvəskarları əvəz edir.

Təəccüblü deyil ki, 90 kvadrat kilomet ərazi tutan kənd otellərlə doludur. Buna səbəb isə burada turistlərin sayının azalmamasıdır. Lexin tam mərkəzində, poçt stansiyasının keçmiş binasında ən maraqlı beşulduz otellərdən biri olan "Gasthof Post" yerləşir. Otel 1937-ci ildə Moosbruqqer ailəsi tərəfindən açılıb. "Gasthof Post Lech" müxtəlif rəngli fasadı və çiçəklərlə bəzədilmiş parlaq pəncərələri olan kənd mehmanxanasıdır. Ağac panellərlə örtülmüş divarlar, interyerdə əl işi olan mebel, ovçu qənimətləri və əntiq əşyalar, qobelenlər və rəsmlər otelə bütövlük və təkrarolunmaz gözəllik verir.

Lex: Alp dağlarının sehri

Otaqların çoxu buxarılar və ya nəfis dekorativ peçlərlə təchiz edilib, bununla belə nömrələrin heç biri digərini təkrarlamır. Qonaqların maraqlarını nəzərə alaraq, otel ovçular üçün xüsusi təklif hazırayıb. "Gasthof Post" oteli Formarinze gölünün yaxınlığında ovçu evinə və 300 illik tarixi olan Emo-Stube ovçu restoranına sahibdir.

Lex: Alp dağlarının sehri

Lex: Alp dağlarının sehri

Lex: Alp dağlarının sehri

Lex: Alp dağlarının sehri

Lexin mənzərəli ərazilərində piyada gəzintilər ən yaxşı meditasiyadır. Təmiz dağ havasını udaraq və iştahını oyadaraq, səni ərik cemi ilə oladyaların gözlədiyi otelə qayıdırsan. Daha sonra isə evsayağı hazırlanmış pendirli əriştənin dadına baxmaq olar. Ümumiyyətlə, pendir yerli kulinariyada çox vacib rol oynayır. Regionun mətbəxi öz üzərində alman, italyan və digər xalqların məktəblərinin təsirini daşıyır, Mişlen ulduzu ilə seçilən "Post Stuben" otelinin restoranında isə qonaqlara ən nəfis yeməklər və zəngin şərab seçimi təklif edilir.

39 nömrədən ibarət otel qonaqlara istirahət üçün lazım ola biləcək hər şeyi təqdim edir: restoranlar, barlar, uşaqlar üçün və qızdırılan hovuz, SPA-mərkəz, gözəllik salonu, trenajor zal, uşaq klubu, uşaq oyun meydançası, 4 konfrans zalı. Otelin təklif etdiyi daha bir seçim isə Welltain - xüsusi proqramlar üzrə və instruktorların nəzarəti altında dağlarda fitneslə məşğul olmadır.

Lex: Alp dağlarının sehri

Lex: Alp dağlarının sehri

Lex: Alp dağlarının sehri

"Gasthof Post" otelinin şüarı belədir: "Burada sıxıntıdan başqa hər şey əlçatandır". Bu isə öz əksini təkcə qış əyləncələrinin müxtəlifliyində deyil, həm də dolğun yay proqramına tapır.