19-cu əsrdə Murnau böyük şəhər sakinləri arasında populyar idi, daha sonra isə bir növ rəssamların "qərargahına" çevrilir. Gözəl mənzərələr dağ havası ilə vəhdətdə incəsənət adamlarını yeni açılışlar etməyə ilhamlandırıb. Memar Emmanuel fon Zaydel şəhərin evlərinin fasadlarını parlaq boyalarla bəzəyib, Vasiliy Kandinski və onun sevgilisi Qabriela Myunter isə burada abstraksonizmin əsasını qoyublar. 1908-ci ildə 42 yaşlı Kandinski və 31 yaşlı Qabriel rəssam dostları Marianna Veryovkina və Aleksey Yavlenski ilə birlikdə Murnauda ev bəyənir və bütün yayı burada keçirirlər. Növbəti yay Myunter Kandinskinin "həyatının qalanını keçirməyi" arzuladığı evi alır. Doğrudur, hər şey fərqli şəkildə alınır. Evdə ömrünün sonuna qədər ancaq Qabriela Myunter yaşadı. Sonralar bina "Rus evi" adını aldı və hazırda turistlərin ziyarəti üçün açıqdır.

Murnauda həyat rəssamların yaradıcılığında dəyişiklik nöqtəsi oldu və "Göy atlı" təşkilatının tarixinin başlanğıcını qoydu. Daha sonra bu təşkilat incəsənətin yenilənməsini dəstəkləyən rəssamları birləşdirdi.

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Şəhərin köhnə binaları o zamanların xatirəsini qoruyur və dövlət tərəfindən mühafizə olunur. Schlos Murnau qəsri 13-cü əsrdə tikilib, bir neçə əsr burada Ettal monastırı yerləşib. İndi isə qəsrin binasına muzey fəaliyyət göstərir. 17-ci əsrə aid Maria-Hilf-Kirche kilsəsi 1774-cü il yanğını zamanı zərər görüb, ancaq daha sonra təmir olundu və hazırda da ziyarətçiləri qəbul edir. Şəhər ratuşasının yaxınlığında kral Lyudviq Bavariyalının abidəsi və Müqəddəs Mariya fiqurlu sütun ucalır.

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Yay aylarında Murnauya əsasən Almaniya və yaxın ölkələrdən çoxlu sayda turistlər gəlir. Doğrudur, qışa doğru qonşu dağ xizək kurortlarının açılışı ilə qonaqların axını azalır.

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Şəhərdə bura imkanlı müştəriləri cəlb edə biləcək ən azı iki əsas obyekt var. Onlardan biri, oynaqların, ağır dərəcəli travmaların müalicəsi və posttravmatik reabilitasiya ilə məşğul olan Avropada ən yaxşı travmatoloji klinikalardan biri və beşulduzlu Alpenhof Murna otelidir.

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Səhər tezdən Alp stilində tərtib olunan nömrənin balkonuna çıxmaq, mənzərəli panoramı nəzərdən keçirmək və dərindən nəfəs almaq kifayətdir. Pozitiv və qeyri-adi güc axını günün sonuna qədər sizə bəs edəcək.

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Otelin 71 nömrəsinin hər biri təbii materiallarla örtülüb, interyerdəki kiçik detallar isə sahiblərin nəfis və incə zövqündə xəbər verir.

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Piyada gəzintilərin həvəskarları, dağ çığırlarını keçən velosipedçilər, hətta qolfçular və isti Bavariya göllərində üzmək istəyənlər təbiətin bu gözəl guşəsində özlərinə məşğuliyyət tapa biləcəklər.

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

"Tənbəl" məzuniyyət keçirmək qərarı verənlər üçün otelin Yavanna Wellness & Spa zonası xoş sürprizlər hazırlayıb. Burada açıq hava fin hamamından, hovuzlardan və çoxlu sayda sağlamlıq və kosmetologiya prosedurlarından həzz almaq olar.

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Əlbəttə ki, Murnauya səyahət ənənəvi Bavariya delikateslərini dadmadan keçməz. Ancaq kalori hesablamaq barədə düşünməyin, bu yorucu məşğuliyyət tamamilə mənasızdır, çünki söhbət ənlikli krendel və bavariyalıların sevimli səhər yeməyi olan şirin xardallı sosiklərdən, snisellərdən və digər kulinariya şedevrlərindən gedir. Bütün bu yeməklər isə yerli pivə zavodundan olan pivə ilə içilir.

Alpenhof Murnau otelində ziyarətçiləri həmçinin, böyük şərab kartı və baş aşpaz Klausdan delikateslərin böyük çeşidi gözləyir.

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Murnau: Bavariya sayağı gözəllik və ya qırmızı damları olan şəhər

Əgər yayda istirahət etməyi çatdırmadınızsa, orqanizminiz isə təkidlə "yenilənmə" tələb edirsə, siz kristal kimi təmiz hava və inanılmaz təəssüratlar arxasınca hara getmək lazım olduğunu bilirsiniz.

Bu ecazkar otel haqqında daha ətraflı məlumatı rəsmi sayt vasitəsilə əldə edə bilərsiniz.