Xalq arasında belə bir deyim var - "xizəyi yayda, arabanı isə qışda hazırla". Mən artıq qışın sonunda yay məzuniyyəti barədə düşünməyə başlayıram. İstiqamət artıq seçilib. Bu, gözəl Çernoqoriya və ya Qərbdə deyildiyi kimi Monteneqrodur - ölkənin bu adı daha çarsayağı
səslənir. Qumlu Adriatik çimərlikləri, dağların gözəlliyi, mehriban dəniz, dadlı milli mətbəx, intellektual-turist üçün isə gediləsi çoxlu sayda muzey və tarixi abidə var.

Yay barədə arzular

Səyahətə Budvan rivyerasından başlamaq olar. Bu, Çernoqoriyanın cənub-qərbində yerləşən 35 km-lik cənnəti xatırladan sahil zolağıdır. Bura məşhur Sveti-Stefan otel-adasına müxtəlif illərdə mənəvi tarazlıq və yaradıcılıq üçün ilham almağa, Sofi Loren, Elizabet Teylor, Karlo Ponti, Piter Ustinov, Silvestr Stallone, Klaudiya Şiffer, Riçard Barton və bir çox başqa məşhurlar gəliblər.

Yay barədə arzular

Sveti-Stefan tərcümədə Müqəddəs Stefan deməkdir. Otel-ada eyniadlı kilsənin şərəfinə adlandırılıb. Sveti-Stefan sahilə sanki ana orqanizmində ona həyat ipi ilə bağlı olan embrion kimi qumlu bərzəxlə bağlanır. Aman Sveti Stefan-da oteldə yerləşmənin qiyməti Çernoqoriyada ən bahalı yerlərdən biridir. Ancaq, şübhəsiz ki, burada istirahət bu məbləğə dəyər. Gözəl mənzərəli Budva şəhərciyi və Kotor körfəzinin təkrarolunmaz peyzajları da insanı arzular dünyasına yükləyir. Yeri gəlmişkən, turizm kiçik dövlət üçün fövqəladə
əhəmiyyəti olan iqtisadi dayaqdır. Bu sahənin inkişafı, xüsusilə də premium-seqmentdə, çox sürətlə baş verir. Artıq 2017-ci ildə Boko-Kotor körfəzində Portlonovi layihəsinin buraxılması
planlaşdırılır. Bu layihə xəritədə şəxsi villa, restoran, butik və superyaxtalar üçün limanla dəbdəbəli kurortun yaranmasını nəzərdə tutur.

Yay barədə arzular

Bundan əlavə, məhz burada Avropada One&Only Resorts mehmanxana şəbəkəsinin ilk oteli açılacaq. Bu layihəni isə həyata keçirməyə Azərbaycan investisiyaları kömək edir. Adriatikada ən böyük yaxta-mərkəzi və yaxta həvəskarları üçün əsl cənnət olan Porto-Monteneqronu da inkişaf gözləyir. Burada yaxın zamanlarda Regent Pool Club Residences mehmanxana kompleksi yerləşəcək. Beşulduzlu otellərin, marina, qolf meydançaları, rahat çimərliklər Çernoqoriyanın digər guşələrində də peyda olacaq.

www.portomontenegro.com 
www.portonovi.com