Trips servisi turistlərə ənənəvi turist marşrutlarına maraqlı alternativ tapmağa və yerli sakinlərlə ünsiyyətdən zğvq almağa yardımçı olacaq. Tətbiqetmə səyahətçilərə gedəcəkləri şəhər üzrə 200 ABŞ dollarından başlayaraq, birgünlük və ya çoxgünlük turlar təklif edir.

"Bizim məqsədimiz turistlərin şəhərin gəzməli-görməli yerlərini görmək üçün uzun növbələrdə dayanmamasını təmin etmək, oranı yerli sakinlərin gözü ilə görməsinə nail olmaqdır" - deyə, şirkətin baş direktoru Brayan Çeksi bildirir.

Qeyd edək ki, tətbiqetmə artıq Los-Anceles, San-Fransisko, London, Mayami, Tokio da daxil olmaqla, 12 şəhərdə istifadəyə verilib. 2017-ci ildən etibarən isə dünyanın 50 ölkəsində əlçatan olacaq.