Köhnə emocilərdən başqa, sistemdə kloun, tülkü, bayquş, köpək balığı, kəpənək üzlü emotikonlar, eləcə də həkim, yanğınsöndürən, vəkil, mexanik və başqa peşələrin obrazları peyda olub.

"Musiqi" tətbiqetməsi də müəyyən dəyişikliklərə məruz qalıb. İndi kompozisiyalara dinləmə növlərinin nişanlarının yanında bu rejimlərin adları görünür. Eləcə də, beşulduzlu reytinq sistemi servisə qayıdıb. Digər dəyişikliklər arasında "İsmarış" tətbiqetməsinin yeni effektlərini qeyd etmək olar, "Kamera" proqramı isə indi sonuncu istifadə olunan çəkiliş rejimini yadda saxlayır, eləcə də Home düyməsini beş dəfə basmaqla təcili kömək çağırmaq imkanı var.

Bundan əlavə, iPhone 7 və 7 Plus sahibləri işçi stolunun yeni üz qabıqlarından istifadə edə bilərlər. Yenilik iOS 10-u dəstəkləyən bütün cihazlar üçün keçərlidir.

“Apple” yeni emociləri təqdim etdi