Serialın ilk epizodu 3 yanvar 2017-ci ildə çıxacaq. Hər bir seriya 3-5 dəqiqə davam edəcək və 24 saat ərzində bu seriyaya baxmaq olacaq. Yerləşdirilmədən sonra orijinal kontent Snapchat-da Snapchat Discover bölməsində sutka ərzində əlçatan olacaq. Bəzi seriyalar Snapchat Live Story formatında nümayiş olunacaq.

Kontentin hazırlanması ilə Disney şirkətinə aid olan ABC teleşəbəkəsi məşğul olacaq. ABC üçün Snapchat-la əməkdaşlıq televizora get-gedə daha az baxan gənc auditoriyanı cəlb etmək şansıdır. Messencerin gündəlik auditoriyası 150 milyondan çox istifadəçi təşkil edir.