Aleksanın sözlərinə görə, layihə üzərində iş bir neçə ay davam edib. "Villoid" dəblə maraqlanan və şopinqi sevən hamının zövqüncə olacaq. Proqram əlavəsinin istifadəçiləri bəyəndikləri əşyalardan şəxsi toplular yaradaraq, özlərini stilist hiss edə biləcəklər. Bundan əlavə, onlar Isabel Marant, Miu Miu, Marc Jacobs, Chloé, Acne Studios, Alexander Wang, Stella McCartney də daxil olmaqla, sevimli dizaynerlərinin fəaliyyətini izləyə biləcəklər. Tətbiqetmə tez və asanlıqla alış-veriş etmək imkanı verəcək.