Üç il ərzində "Time" jurnalistləri beynəlxalq kuratorlar, tarixçilər, fotoredaktorlar və fotoqraflarla 100 ən əhəmiyyətli fotonu seçmək üçün əməkdaşlıq ediblər. Bundan əlavə, jurnal əməkdaşları şəkillərdə çəkilən insanlar, onların dostları və qohumları ilə söhbətləşiblər. Hər bir iş onun yaranma hekayəsi ilə müşayiət olunur. Bu layihə fotoların tarixin gedişatına təsirini dəyərləndirir.

"Fotonu əhəmiyyətli edən hansısa xüsusi formula yoxdur. Bəzi fotolar bu siyahıya ilk olduqlarına görə, digərləri bizim dünya görüşümüzü formalaşdırdığına görə daxil edilib. Onların bir hissəsi bizim həyatımızı tamamilə dəyişib. Onların hamısını bir xüsusiyyət birləşdirir - hər biri bizim insanlıq təcrübəmizdə dönüş nöqtəsidir", - deyə layihənin saytında bildirilir.

Qeyd edək ki, yüzilliyin ən vacib fotoları arasında Ernesto Çe Qevaranın portretini, Məhəmməd Əlinin nokautunu, 2014-cü il "Oskar" mərasimi zamanı məşhurların selfisini, "Müharibə dəhşəti"ni, "Göydələndə nahar"ı, "Tayms-skverdə Yaponiya üzərində qələbə günü"nü ("Tayms-skverdə öpüş") və başqa tarixi fotoları görmək olar.

 

Bütün dövrlərin ən maraqlı fotoları

Bütün dövrlərin ən maraqlı fotoları

Bütün dövrlərin ən maraqlı fotoları

Bütün dövrlərin ən maraqlı fotoları

Bütün dövrlərin ən maraqlı fotoları

Bütün dövrlərin ən maraqlı fotoları

Bütün dövrlərin ən maraqlı fotoları

Bütün dövrlərin ən maraqlı fotoları

Bütün dövrlərin ən maraqlı fotoları