Bu gündən etibarən başlayacaq müsabiqədə iştirak etmək üçün sevgilinizlə birlikdə çəkdirdiyiniz fotonu info@buro247.az ünvanına göndərməlisiniz. Müsabiqəyə qatılacaq cütlüklərin fotoları redaksiya heyəti tərəfindən seçiləcək. Müsabiqə fevral ayının 20-də başa çatacaq. Qalib saytımızda keçiriləcək səsvermə ilə sayt oxucuları tərəfindən müəyyənləşəcək, onları "Nomination" brendindən dəyərli hədiyyələr gözləyir.

"Ən romantik cütlük" müsabiqəsinin şərtləri:
1. Fotolar yüksək keyfiyyətdə olmalıdır.
2.İştirakçılar info@buro247.az ünvanına foto ilə birlikdə məktubda özləri haqqında məlumat (ad, soyad və əlaqə nömrələrini) göndərməlidirlər.

***

"Ən romantik cütlük" müsabiqəsinin qalibi artıq məlumdur. Bu, Niyazi Əzizovla onun yarıdır. Cütlüyü təbrik edir və hər kəsə iştirakına görə minnətdarlığımızı bildiririk!

Buro 24/7 saytı “Ən romantik cütlük” müsabiqəsi elan edir