Vəzifəsi:
• Şirkətin PR və marketinq strategiyasının hazırlanması üçün təkliflər verir və həyata keçməsini təmin edir.
• Şirkət üçün media və marketinq planlarını işləyib hazırlayır.
• Reklam siyasətini hazırlayır və müvafiq təsdiqdən sonra onun icrasını təmin edir.
• Müştəri xidmətləri işinin təkmilləşdirilməsi və yeni müştərilərin cəlb olunması ilə bağlı təkliflər hazırlayır, müştərilərlə görüşlərdə iştirak edir.
• Reklam materialları ilə işə nəzarət edir.
• Görülən işlərin nəticələrinə əsasən həftəlik, aylıq və illik hesabatları müdiriyyətə təqdim edir.
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirir.

Tələblər:
• Ali təhsilli olmalıdır.
• MS Office proqramlarını mükəmməl səviyyədə bilməlidir.
• Azərbaycan, rus və ingilis dillərini bilməlidir.
• Dəqiq, nizamlı və məsuliyyətli, komanda ilə işləmə bacarığına sahib olmalıdır.
• Bilik və təcrübəsini daim inkişaf etdirməlidir.
• Yaş həddi: yoxdur

İş təcrübəsi:
• Marketinq sahəsində minimum 2 il iş təcrübəsi olmalı, ünsiyyətcil və ictimai işləri müvəffəqiyətlə yerinə yetirməlidir.

İş şəraiti:
Əmək haqqı: müsahibə əsasında
İş qrafiki: tam iş günü, saat 10:00-dan 19:00-dək. Ehtiyac yarandıqda iş vaxtından əlavə müddətdə çalışmaq.

Seçim müsahibə əsasında aparılacaq. Namizədlərdən CV-lərini info@buro247.az ünvanına göndərmələri xahiş olunur.