"Hellouin" bayramı münasibətilə buraxılan "Masks" funksiyası real zaman rejimində kamera qarşısında üzə istənilən filtri əlavə etməyə imkan verir. İş prinsipi Snapchat və MSQRD servislərində olduğu kimidir. Effektlər arasında animasiya, selfi maskaları, müxtəlif qrafiklər, və fərli filtrlərdən istifadə olunacaq. Facebookun "yeni kamera" adlandırdığı yeni tətbiqdən istifadə etmək üçün xəbər qaynağında ekranı sağa sürüşdürməklə istifadə etmək mümkün olacaq.

Hazırda funksiya ancaq ABŞ, Britaniya və Yeni Zellandiyada yaşayan iOS istifadəçiləri üçün əlçatandır.