Fevralın 14-də bütün dünyada qeyd olunan "Sevgililər günü" münasibətilə biz yerli məşhurlar arasında sorğu keçirdik. Ən maraqlı yazılardan biri tanınmış kişi sənətçilərin 1 aprel - "Gülüş günü"ndə başlarına gələn maraqlı əhvalatlardan ibarət xatirələr oldu. 

Buro 24/7 daim gənc istedadlara dəstək olur, onların geniş kütləyə tanınması istiqamətində layihələr həyata keçirir. Buna misal olaraq, gənc müğənni Emiliya, Ukraynada yaşayan azərbaycanlı dizayner Elvira Həsənova, o cümlədən Azərbaycanda uşaqlar üçün ilk geyim brendinin yaradıcısı Firuzə Hacıbəyli və demokratik geyim kolleksiyası yaradan Kəmalə İbrahimova, "Eurovosion" təmsilçisi Elnur Hüseynov ilə müsahibələri göstərmək olar. 

Garderobe - saytımızın ən maraqla qarşılanan layihələrindən biridir. Dizayner Hökümə Hacıyeva, bayer Suad Ağamalova, müğənni Dilarə Kazımovanın qarderobları, stil haqqında düşüncələri oxucularımızın marağına səbəb oldu.

"Uğura gedən yol" - bu il Buro 24/7 saytının buraxdığı layihələrdən biridir. Müsahiblərimiz öz peşələrində böyük uğur əldə etmiş xaricdə yaşayan azərbaycanlılardır. SATTAR brendinin təsisçisi və rəssam Cemma Sattar, hazırda Parisdə yaşayan gənc fotoqraf Maya Bağırova, Türkiyə musiqi sənətində böyük uğurlar əldə etmiş İslam Manafov, eləcə də övladları Turan və Abuzər Manafzadələr, Rusiyada yaşayan stilist, vizajist və Louvery brendinin dizayneri Renata Hafizovanın müsahibələri sizə onların həyat tərzi ilə tanış olmağa imkan yaradacaq.

Dövlət Bayrağı Meydanı ərazisində "XX-XXI əsr Azərbaycan rəngkarlığı" muzeyində bir gün, muzeylərimizdə fəaliyyət göstərən mağazalar, teatr kostyumlarının hazırlanma incəsənəti, görkəmli rəssam Sakit Məmmədovla müsahibə oxucular tərəfindən böyük maraqla qarşılandı.

İlin ən uğurlu layihələrindən biri Buro Kids-dir. Layihə çərçivəsində uşaqların sağlamlığı, böyüməsi, psixologiyası, eləcə də təhsil və elm sahələrində inkişafı mövzusunda peşəkar mütəxəssislərlə müsahibə və müəllif yazıları hazırlanır.

Buro 24/7 il ərzində Şotlandiyanın "Glenfiddich" viski şirkəti və Fransanın "Hennessy" konyak evi ilə birgə layihələr həyata keçirib.

Buro 24/7 Azerbaijan saytının "Həftənin kəşfi" layihəsində tanınmışlar mədəniyyət, kulinariya və digər mövzular barədə suallarını cavablandırır.

Saytımız bu il Azərbaycanın ev sahibliyi etdiyi "Formula 1" Avropa Qran Prisi və idmançılarımızın uğurla çıxış etdiyi "Rio 2016" Yay Olimpiya Oyunları haqqında xəbərləri də geniş şəkildə işıqlandırıb.

Səyahət etmək dünyanı görmək və yenidən kəşf etmək üçün əla imkandır. Yeni "Ulduz bələdçi" layihəsində biz Azərbaycanın tanınmış sənətçiləri ilə məhz bu mövzuda söhbət edirik. Bundan başqa, saytımızın əməkdaşları press-tur çərçivəsində Çernoqoriyaya, Avstriyaya, Almaniyaya, eləcə də Türkiyənin İstanbul şəhərinı və Göcek bölgəsinə səfərlər ediblər.