Mişel Obama məşhur dəb jurnalının fotosessiyasında Carolina Herrera, Atelier Versace brendlərinin libasında və Monique Pean zinət əşyalarında çəkilib. Fotosessiyanın müəllifi əfsanəvi Enni Leybovitsdir. 

Birinci xanım jurnala müsahibəsində "Ağ ev"lə vidalaşma və gələcəklə bağlı planlarını bölüşüb: "Ağ evdən gələrkən çox şeyə olan yanaşmam gedərkən də dəyişməz olaraq qalır. Hələ ki, məni qarşıda nəyin gözlədiyini bilmirəm. Mən əvvəl heç vaxt ABŞ-ın birinci xanımı olmamışam. Ancaq bilirəm ki, həmişə dövlət xidməti və ictimai həyatla necəsə bağlı olacam. Şəhər üçün çalışmağa görə hüquq firmasını atandan sonra heç vaxt geriyə baxmamışam. Həmişə digər insanlara kömək etmək üçün bacarıq və istedadlarımı istifadə edərək, özümü canlı hiss etmişəm", - deyə Mişel Obama bildirib.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti 20 yanvar 2017-ci ildə öz vəzifəsini tərk edəcək. Noyabrın 8-də baş tutan seçkilərdə Amerikanın yeni lideri respublikaçı Donald Tramp seçilib.

Mişel Obama “Vogue” jurnalının üz qabığında

Mişel Obama “Vogue” jurnalının üz qabığında