Yanvarın 11-dən etibarən ölkə ərazisində FM diapazonunda radioyayımın məhdudlaşdırılacaq və radiostansiyalar rəqəmsal formata keçəcəklər.Ölkədə rəqəmsal yayım texnologiyasının tətbiqi nəticəsində Norveçin milli radio kanallarını yalnız televiziya aparatı, internet və ya DAB (Digital Audio Broadcasting) adlanan radioqəbuledicilər vasitəsi ilə dinləmək mümkün olacaq.

Rəqəmsal radioyayıma keçid qərarı 2015-ci ilin yaz aylarında Norveç hökuməti və parlament tərəfindən qəbul edilib. Plana əsasən, FM şəbəkəsindən imtina tədricən baş tutacaq və 2017-ci il dekabrın 13-nə qədər yekunlaşacaq.

Tam şəkildə rəqəmsal radio yayımına keçilməsi iki il bundan əvvəl İsveçdə müzakirə olunsa da, yekun qərar təxirə salınıb və hələ ki, bu məsələyə qayıdılmayıb.